İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusla Mübarizəyə Dəstək Fondundan vaksinlərin alınmasına xərclənən vəsait açıqlandı

470 19.01.2021 11:45 Səhiyyə A A

Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.

Bu barədə “Report”a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

O bildirib ki, yanvarın 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, Fonda indiyədək 114 268 840 manat ianə toplanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR