Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma statistikasında artım narahatlıq doğurur. Xəstəlikdən ölən olmasa da, yoluxma ikirəqəmlilərdən üçrəqəmlilərə doğru artıb. Eyni zamanda sabahdan paytaxt restoranlarının fəaliyyətinin sabahdan bərpa edilməsi, rayonlara gedişlə bağlı icazə tələbi insanları maraqlandıran suallardır. Operativ Qərargahın son brifinqində verdiyi sualla gündəmdə müzakirə və linç hədəfinə çevrilən jurnalist Afaq Mirayıq da canlı efirə qonaq olaraq, uğradığı yanlış anlaşılma barədə aydınlıq gətirəcək.
Bu və gündəmin digər mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatında "Canlı debat"da müzakirə olunur. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/
Musavat.com






