İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusa iş başında yoluxanlar üçün müvəqqəti sığorta fondu yaradılsın - TƏKLİF

Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən koronavirusa yoluxanlar üçün peşə xəstəliklərindən icbari sığortanın əhatə dairəsinə daxil edilməlidir.

Musavat.com xəbər verir ki, bu təklifləVətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov çıxış edb.

S.Məmmədovun sözlərinə görə, müxtəlif peşələrdə çalışan insanlar öz vəzifə borclarını yerinə yetirərkən koronavirus infeksiyasına yoluxur və artıq ölüm halları da var: “Bunların içərisində yalnız bir kateqoriya var ki, onlar üçün belə yoluxma sağlamlığın uzun müddətə itirilməsi və ya ölümə səbəb olursa sığorta hadisəsi sayılır.

Bunlar infeksion xəstələrin müalicəsi ilə məşğul olanlar və bu müalicəni təmin edənlərdir. Əslində bu belə də olmalıdır. Lakin indi xüsusi haldır. Bu xəstəliyə junalist, polis, ictimai nəqliyyat işçiləri, xidmət, ticarət, iaşə və s.

işçilər də vəzifə borcunu yerinə yetirərkən yoluxur. Bir sözlə, iş fəaliyyəti dövründə yoluxanların hamısı sağlamlığını uzun müddətə itirdikdə və əlillik aldıqda və ya bu səbəbdən vəfat etdikdə bu, peşə xəstəliyinin nəticəsi kimi qəbul olunmalıdır.

Sahib Məmmədov: “Hələ böyük dəyişiklikdən danışa bilmərik”

Bu halda "İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığorta haqqında" Qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı işə yaramayacaq”.

Bu halda nə etmək olar? Liqa rəhbərinin fikrincə, xüsusi və ad hoc(müvəqqəti) sığorta fondu yaradılmalıdır: “Yalnız pandemiya dövrü üçün. Həmin fonda ilkin vəsait "Koronovirusla mübarizə üzrə Fondun" vəsaiti ola bilər.

Bu halda yoluxma səbəbindən əlillik alan şəxslər itirdikləri peşə-əmək qabiliyyətinin faizinə uyğun həmin fonddan aylıq kompensasiya ala bilər. Vəfat edənlərin isə birinci dərəcəli vərəsələri. Əks halda, insanlar vəzifə borcunu yerinə yetirərkən əlillik alacaqsa və ya vəfat edəcəksə,bu adı hal sayılmaqda davam edəcək”.
S.Məmmədov bununla bağlı konkret təkliflərini təqdim etmək fikrindədir.

Dünya,
Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR