Musavat.com saytında yayımlanan “Müzakirə Masası” proqramında bu dəfə koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbilərin tərkib hissəsi olaraq, ali və orta məktəblərin, uşaq bağçalarının tətilə bağlanmasından, bunun təhsil sistemində yaradacağı problemlərdən və çıxış yollarından danışdıq.
Təhsil eksperti Kamran Əsədov gələcəkdə belə fövqəladə durumlarda təhsildə fasilə yaranmaması üçün ölkəmizdə distant təhsilin formalaşmasının vacibliyindən danışıb. O, həmçinin Təhsil Nazirliyinin Mədəniyyət telekanalı üzərindən yayımlanan teledərslərini müsbət qarşılayıb, şagirdləri və onların valideynlərini bu proqramdan faydalanmağa çağırıb.
Nərgiz LİFTİYEVA
Musavat.com






