İnsanlara hürriyət, millətlərə istiqlal!

"Koronavirus hələ məşq idi, dəhşətli ssenarilər qabaqdadır"

1804 20.02.2021 00:12 Səhiyyə A A

İnsanlıq qrip kimi viruslara qarşı universal, daha güclü vaksin icad etməyə tələsməlidir.

Çünki bəşəriyyəti daha təhlükəli pandemiyalar gözləyir. O ki qaldı, Covid 19 pandemiyasına. Koronavirus məşq, yoxlama prosesi kimi gəldi, o daha dəhşətli pandemiyalara xəbərdarlıq və hazırlıq idi.

Bu sözləri Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov deyib.

"Qarşıda iki daha dəhşətli pandemiya gözlənilir. Bunu alimlər deyir. İki mutasiya olacaq. Birincisi donuz və ya quş qripi mutasiyaya uğrayıb heyvandan insana sürətlə yayılacaq. İkincisi - bu viruslar insandan insane keçəcək.

Ölümcüllüyü yüksək olacaq. Bundan xilas üçün bəşəriyyət yeni preparat və vaksinləri pandemiyaya qədər tapmalıdır. Ehtiyatda nə qədər vaxtımızın olmasını isə heç kim bilmir. Biz koronavirusdakı kimi virus yayılandan sonra vaksin tapmamalıyıq. Bu faciə ola bilər". /medicina.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR