Koronavirus pandemiyasının bitməsi halında belə özündən sonra tullantı və zibil problemi qoyub gedəcək.
ABŞ-ın “The Wall Street Journal” qəzetinin yazıdğına görə, indi zibil emalı sənayesi minlərlə tonluq, infeksiyalı tullantıların yaranması problemi ilə üz-üzə qalıb.
Birləşmiş Ştatlarda tullantılarla ilə məşğul olan şirkətlər xəstəxanalardan əvvəlki dövrlərdən daha çox zibil daşıdıqlarını, onların isə xüsusi rejimdə yenidən emal edilməsinin gərəkliliyini vurğulayırlar.
“Stericycle Inc.” adlı ölkənin tibbi tullantıları ilə məşğul olan ən böyük şirkəti son həftələrdə maska, əlcək və xalatların daha çox gəldiyini bildirib. Qeyd etmək lazımdır ki, həmin ləvazimatlar yandırılmazdan və basdırılmadan öncə yüksək buxar təzyiqi ilə təmizlənməlidir.
“Koronavirus gəldikdən sonra şirkətlərə xəstələrdən gələn istənilən zibil ilə “tənzimlənən tibbi tullantı” olaraq davranılması tapşırığı verilib. Bu o,deməkdir ki, həmin avadanlıq və ya geyimlər infeksiyalı, yəni təhlükəli sayılır”,- deyə Çikaqoda yerləşən Raş universitetinin tibb mərkəzinin infeksiya xəsətliklərinə nəzarət və profilaktika üzrə menecer Tiffani Viksten bildirib.
“Əgər siz koronavirus kimi yeni və naməlum bir mikroorqanizmlə mübarizə aparırsınızsa, burada yüksək səviyyəli tədbir görmək məcburiyyətindəsiniz. İndi xəstələrin sayına uyğun olaraq tullantılar da qalaqla yığılmağa başlayıb. Özü də bunlar əsasən fərdi mühafizə üçün birdəfəlik istifadə edilən ləvazimatlardır”,-deyə Vskten sözlərinə əlavə edib.
“Əsas problem maska və əlcəklərlə bağlıdır. Çünki həmin tullantılar onları daşıyan və emal edənlər üçün təhlükə doğurur”,-deyə ABŞ-ın Qərb bölgəsinin ən böyük xəstəxana zəncirlərindən sayılan “Advocate Aurora Health” şirkətinin meneceri Keti Uikman qəzetə danışıb.
“Bəzi xəstəxanalar maska və digər tullanıtıların elə yoldaca yandırılmasını tələb edir”,-deyə ABŞ-ın tullanıtıları enerji mənbəyinə çevrilməsi ilə məşğul olan ən böyük şirkəti sayılan “Covanta Holding Corp” firmasının vitese-prezidenti Bred Rayt qeyd edib.
Yeni İngiltərə bölgəsinin (ABŞ-ın şimal-şərqi) tibbi jurnalının verdiyi məlumata görə, koronavirus 72 saat çürüməyən metalda və plastik məhsulda qala bilir.
“Republic Services Inc.” şirkətinin rəhbəri Pit Keller isə ölkədə tullantıların daşınması işində məşğul olanlara artıq heç bir əlcək və maska çatışmadığından şikayətlənib.
“Nəzərə almaq lazımdır ki, küçədə zibil yığan adam üçün hər yerdə əlini yumaq imkanı yoxdur”,-deyə Tullantıların emalı və utilizasiyası assoaisiyasının icraçı direktoru Darrel Smit qəzetə bildlirib.
Bu, ABŞ-da artıq təhlükəsizlik probelminə də çevrilib. Məsələn, Pittsburqda bu sahədə çalışan işçilər həmkarlaından birində koronavirus aşkarlanmaısndan dolayı işə çıxmaqdan imtina ediblər.
Musavat.com






