Koreyalılar aclıq çəkir, Kim Çen In kökəlir
Dünyanın ən çox aclıq çəkən ölkələrindən biri olan Şimali Koreyanın lideri Kim Çen In gən yaşına baxmayaraq, olduqca çox kökəlib. Bunu onun yenicə çəkilərək dünya mediasına çap olunan fotoşəkilləri də göstərir.
Musavat.com xarici mediaya istinadən verdiyi xəbərə görə, yayılmış şəkillərdən görünür ki, bir ay öncəki əksi ilə müqayisədə gənc diktator daha da kökəlib, dərisinə sığmaz hala gəlib.
Əcnəbi mütəxəssislərin bir qismi bunu Kim Çen Inın yemək qurmanı olmasıyla və öz sarayında kalorili yeməklərlə bəslənməsiylə izah edirlər. Bildirilir ki, o, İsveçrədən gətirilən "Emmental" pendeirini, yapon bifşteksini və fransız şampanını çox sevir.
Bir sıra dietoloqlar isə diktatorun köklüyə irsən meylli olduğunu bildirirlər. Güman olunur ki, bu qədər kökəlməsi artıq Koreyalı diktatorda xəstəlik halındadır.
Bu arada ölkədə yüz minlərlə koreyalının aclıq çəkməsi, arıqlayaraq ditrofikə çevrilməsi fonunda ölkə liderinin üç orta statistik koreyalı boyda olması dünya mediasının diqqətini çəkib.
Musavat.com






