İnsanlara hürriyət, millətlərə istiqlal!

KOREYA SƏFİRİ NƏQLİYYAT SEKORUNDAN DANIŞIB

690 13.02.2012 11:36 Son xəbər A A

Səfirin sözlərinə görə, bu sistem yollarda tıxacların yaranması ilə mübarizə aparmaq məqsədilə qurulub: “Lakin tıxacların aradan qaldırılması üçün bəzi əlavə tədbirlər görülməlidir. Bakıda nəqliyyatın əsas problemlərindən biri avtomobil vasitələrinin saxlanması üçün dayanacaqların olmamasıdır. Bu məsələni həll etmək lazımdır. Hazırda avtomobillər üçün dayanacaqların tikintisi davam edir, bu işin maksimum qısa müddətdə başa çatdırılması nəzərdə tutulur”.

Səfir bildirib ki, Koreyanın “Ultra Construction” şirkəti Gəncə-Yevlax yolunun genişləndirilməsi layihəsini həyata keçirir: “Tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. “Daewoo International” şirkəti Azərbaycana sərnişin avtobuslarının gətirilməsi ilə məşğuldur. Ümumilikdə ölkəyə 1200 avtobus gətirilib, daha 500 avtobusun gətirilməsi planlaşdırılır. Koreya şirkətləri bu layihələrdən başqa Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi layihəsinin ikinci mərhələsində, yeraltı avtomobil dayanacaqlarının tikintisində, Quba-Şamaxı sürət şosesinin tikintisində, dəmiryolunun modernizasiyası layihəsində iştirak etmək istəyirlər”.

Diplomat Bakı buxtası üzərindən körpünün tikintisi layihəsinə də aydınlıq gətirib: “Koreyanın “Korea’s Dongsung Engineering” şirkəti Azərbaycan Nəqliyyat Nazirliyinin xahişi əsasında KOİCA-nın ayırdığı 1,6 milyon dollar hesabına Bakı buxtası üzərində körpü tikilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirib. Texniki-iqtisadi əsaslandırmanın yekun variantının təqdimatı ötən ilin iyulunda keçirilib, daha sonra bütün materiallar Azərbaycan hökumətinə təqdim olunub. Hökumət bu əsaslandırmadan çıxaracağı nəticələr əsasında körpünün tikintisi ilə bağlı qərar qəbul edəcək. Əgər hökumət müsbət qərar versə, o zaman layihənin konkret planları – ölçülər, maliyyələşmə sxemi, podratçılar, iş planı hazırlanacaq. Buna görə də körpünün tikilib-tikilməyəcəyi, o cümlədən Koreya şirkətlərinin bu layihədə iştirakı barədə danışmaq hələlik tezdir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR