İnsanlara hürriyət, millətlərə istiqlal!

Könüllülər "8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınları təbrik etdilər - FOTOLAR

2625 09.03.2017 19:20 Formula #1 A A

“8 Mart - Beynəlxalq Qadınlar Günü” yaşından, peşəsindən, milliyyətindən asılı olmayaraq bütün qadınların bayramıdır. Bu günü əlamətdar etmək üçün Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri aksiya keçiriblər.

Musavat.com xəbər verir ki, Bakı Şəhər Halqasının könüllülər üzrə kordinatoru Tural Hümbətov layihəni həyata keçirməkdə məqsədi açıqlayıb: "Bəzən xanımlarımız cəmiyyətin müxtəlif sahələrində çalışırlar, ancaq görünmürlər. Onların işi bizim üçün, cəmiyyət üçün vacibdir. Bu səbəbdən könüllülərimiz sözügedən aksiyanı keçirmək barədə qərar verdilər və müxtəlif sahələrdə fəaliyyət göstərən qadınları təbrik etdilər”.

Həmin xanımlar arasında Azərbaycan Qran-Prisinin ulduz elçisi Tünzalə Ağayeva və digərləri də olub: "Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Məryəm Ömərova, 203 nömrəli tam orta məktəbin direktoru Nailə Əhmədova, II Dünya Müharibəsi veteranı Qalina Mixayılovna və Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının rəhbəri Firdovsiyyə Əhmədova da var idi".

Bayram təbriki alan xanımlar könüllülərin işini yüksək qiymətləndirdiklərini deyiblər və onlara fəaliyyətlərində uğurlar diləyiblər. Məktəb şagirdlərini gələcəkdə könüllülər proqramına qoşulmağa çağıran Nailə Əhmədova əlamətdar gün münasibətilə öz təbrikini bildirib: “Gəlişiniz gözlənilməz oldu. Bizim məktəbi seçdiyiniz üçün təşəkkür edirəm. Formula 1 Azərbaycan Qran- Prisinin bütün qadın əməkdaşlarını və könüllülərini səmimi qəlbdən təbrik edirəm”.

Azərbaycan Qran-Prisinin ulduz elçisi Tünzalə Ağayevada təbrik və arzularını çatdırıb: “Qadınlara və analara diqqət çox önəmlidir. Azərbaycan qadını zərif və güclüdür. Onlara can sağlığı, gözəllik və zəriflik arzulayıram".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR