İnsanlara hürriyət, millətlərə istiqlal!

Könül Kərimovaya qarşı dələduzluq edən qadın 180 minə komissarlığa adam düzəldəcəkmiş

824 27.09.2018 17:10 Kriminal A A

Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub. Ona qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə şahid qismində Rəsul Quliyev ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxs onu hərbi komissarlığa işə düzəltmək adı ilə pul alıb. Amma iş alınmadığı üçün pul geri qaytarılıb.

"Məndən işə düzəltmək adı ilə 2010-cu ildə 180 min manat pul almışdı. Sonra da qaytardı. Mən özüm hərbi komissarlıqda işləmişəm. Amma həmin vaxt ehtiyatda idim"- deyən Rəsul Quliyev daha sonra suallara cavab verib.

R.Quliyev işə düzəlməkdə məqsədinin nə olduğunu, işə düzələcək təqdirdə nə qazanacağı ilə bağlı suallara cavab verə bilməyib və suallardan yayınıb.

Məlahət Məmmədova isə deyib ki, onun özünü də aldadıblar: "Mənə az pul verilib. İşi ümumi tanışımız edəcəkdi. Mən isə ortada vasitəçi idim. Hətta pulu alan adam 50 mini qaytarmadı. Mən özüm ödədim".

Təqsirləndirilən qadın pulu verdiyi şəxsin, ortaq tanışlarının adını çəkməyib.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.

M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR