İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya Məhkəməsinin hakimlərinin və Hesablama Palatasının üzvlərinin maaşı artırıldı

1324 29.03.2019 13:25 Son xəbər A A

Milli Məclisin plenar iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan layihə müzakirə edildi. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

Qeyd edək ki, qanun layihəsindəki hazırki bənd belədir:“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”. Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olundu.

 Plenar iclasda “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə olundu. Dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Deputatlar layihəyə yekdilliklə səs verdilər.

 E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR