İnsanlara hürriyət, millətlərə istiqlal!

“KONSEPSİYANIN HAZIRLANMASI ÜÇÜN KOMİSSİYA VƏ İŞÇİ QRUPLAR MÜƏYYƏNLƏŞMƏLİDİR”

3090 01.01.2012 16:24 Ölkə A A
Sərəncamın əhəmiyyətindən danışan R. Mehdiyev vurğulayıb ki, yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır: “Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır”.
Prezident Administrasiyasının rəhbəri müxtəlif sahələr üzrə Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini şərh edərək, deyib ki, siyasi sahədə dövlət müstəqilliyinin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması, demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi əsas istiqamətlərdir.
Akademik Ramiz Mehdiyev vurğulayıb ki, Konsepsiyanın hazırlanmasının iqtisadi sahədə əsas istiqamətləri ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunmasıdır.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, Konsepsiya hazırlanarkən sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması diqqət mərkəzində saxlanılmalıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi əsas istiqamətlərdəndir.
Akademik Ramiz Mehdiyev bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini Konsepsiya hazırlanarkən diqqətə alınmalı vacib istiqamətlərdən biri kimi qiymətləndirib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsi araşdırılmalı, bu işə xarici mütəxəssislər cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır.
Konsepsiyanın hazırlanması üçün komissiya da yaradılmalı və işçi qruplar müəyyən olunmalıdır, - deyən Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bu ilin yanvarında komissiyanın və işçi qrupunun tərkibi müəyyən edilməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR