İnsanlara hürriyət, millətlərə istiqlal!

Komendant saatında narkotiklə tutulan şəxsə 10 il cəza verildi  

276 18.08.2021 18:21 Kriminal A A


Bakıda narkotik satışı ittihamı ilə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə R.Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vətən Müharibəsi ərəfəsində Xırdalan şəhərində qurulan komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb.

Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Həmin çantadan 1 kq 200 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR