İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyalı mütəxəssislər Azərbaycanda minatəmizləmə sahəsində fəaliyyət göstərir

249 18.08.2023 12:49 Siyasət A A

Kolumbiyalı mütəxəssislər Azərbaycanda minatəmizləmə sahəsində fəaliyyət göstərir.

Musavat.com-un xəbərinə görə, bunu Kolumbiyanın Azərbaycandakı yeni səfiri Luis Fernando Kuartas Ayala avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra söhbət zamanı deyib.

Səfir Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirib.

Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR