İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidentinin oğlu və onun keçmiş həyat yoldaşı saxlanıldı - FOTO

829 30.07.2023 00:17 Son xəbər A A

Kolumbiya Prezidentinin oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes prokurorluq tərəfindən saxlanılıb.

Bu barədə ölkənin baş prokuroru məlumat verib.

Onun verdiyi açıqlamaya görə, Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes çirkli pulların yuyulması və qanunsuz varlanma cinayətlərinə görə saxlanılıblar.

Prokurorluğun məlumatına görə, Atlantiko Departamentindən olan hazırkı deputat keçmiş həyat yoldaşı Day Vaskesin ittihamlarından sonra ona qarşı qaldırılan proseslə bağlı ələ keçirilib. Belə ki, onun atası Qustavo Petronun prezidentlik kampaniyası zamanı çirkli pullar aldığı və bu pullardan öz xeyrinə istifadə etdiyi iddia edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR