Kök cütlük boşandı, arıqlayan kimi evləndi
Türkiyənin Bursa şəhərində artıq çəki ucbatından yola getməyən cütlük boşanıb. Bir-birindən xəbərsiz dietaya girən və mədə əməliyyatı olan 31 yaşlı Bihter Cihayla 32 yaşlı Vahdet Altun ümumilikdə 125 kilodan qurtularaq yenidən evləniblər. Xəstəxanada keçirilən mərasim zamanı cütlük üçün tort kəsilib. Qadın müsahibəsində aşağıdakıları deyib: “Köklük ucbatından evliliyimiz kabusa çevrilmişdi. Yola getmədiyimiz üçün boşandıq. Amma bir-birimizdən xəbərsiz müalicə olunduq. Bir müddət sonra yenidən qarşılaşdıq və evlənməyə qərar verdik”.






