İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın oğlu azadlığa buraxıldı və hakimiyyəti ittiham etdi

740 06.11.2023 20:12 Son xəbər A A

“Hayastan” fraksiyasından Milli Assambleyaya deputat seçilən Levon Köçəryan bu gün həbsdən azad edilib.

Musavat.com bildirir ki, o, 2 aya yaxın həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Ancaq deputat mandatı qazanması ilə xilas olan L.Köçəryanla bağlı araşdırmalara xitam verilməyib. O, polis əməkdaşlarına hücum etməkdə ittiham olunur.

Həbsdən çıxandan sonra açıqlama verən L.Köçəryan “Biz hüquqi xaosun şahidiyik, lakin hakimiyyət daha çox şeyə hazır olduğunu nümayiş etdirir”, deyib.

Ermənistanın keçmiş prezidentinin oğlu jurnalistlərə bildirib ki, ona qarşı işin uydurma olduğunu və onu yenidən həbs etməyə çalışacaqlarını istisna etmir.

“Şərtlər adi məhbusun şərtləri ilə eyni idi. Təbii ki, uydurma iş üzrə həbsdə olmaq xoşagəlməz haldır, amma bu, davadır və təslim olmağa ehtiyac yoxdur”,- süyə Köçəryan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR