İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan İrəvanı ikiyə parçaladı: Polis araya girdi

1128 17.09.2019 16:06 Son xəbər A A

İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə iddia üzrə keçirilən prosesə görə məhkəmə qarşısında keçmiş prezidentin tərəfdarları və əleyhdarları toplaşıb.

Axar.az xəbər verir ki, bina qarşısında paralel şəkildə dayanmış dəstələrin arasına polis qüvvələri yerləşdirilib.

Məhkəmə qarşısına toplaşan Köçəryan tərəfdarları “Köçəryan qəhrəmandır!”, əleyhdarları isə “Ömürlük həbs tələb edirik” şüarları səsləndirir.

Xatırladaq ki, sentyabrın 12-də keçirilən bundan əvvəlki məhkəmə prosesi zamanı aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanmış, polis bir neçə nəfəri saxlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR