İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan: "Hələ uçuruma düşməmişik, Ermənistanın başına gələnləri dayandırmaq olar"

802 22.03.2024 12:56 Siyasət A A

"Bizim vəzifəmiz nəyinsə dəyişdirilə biləcəyini göstərmək, uçuruma doğru sürüşmə prosesini dayandırmaqdır."

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli “Kanal 5”-ə müsahibəsində Ermənistan parlamentinin deputatı Levon Köçəryan deyib:

“İndiki şəraitdə heç kim bizimlə sülh müqaviləsi imzalamağa razı olmayacaq. Güc və sadiq müttəfiqlər olmadan heç kim sülh müqaviləsi imzalamayacaq. Bütün bunların qarşısı alına bilər, biz dönüşü olmayan nöqtəni keçməmişik".

O, müxalifətdə dürüstlüyün hökm sürməli olduğunu qeyd edərək, ambisiyaları bir kənara qoymağa çağırıb: “Tez-tez adamda belə bir təəssürat yaranır ki, kimlərsə bu hakimiyyətə deyil, parlament müxalifətinə qarşı mübarizə aparır. Bu, narahatlıq doğurur”.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR