Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digərlərinin ilk məhkəmə iclası 12 sentyabra təyin edilib.
Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir.
Məlumata görə, İrəvan məhkəməsinin hakimi Anna Danibekyan bu barədə qərarını elan edib. Məhkəmə rəsmisi Arman Xaçatryan bildirib ki, məhkəmə iclası İrəvandakı Şenqavit məhkəməsində keçiriləcək.
Xatırladaq ki, R.Köçəryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə ittiham olunur. Onunla birgə keçmiş müdafiə naziri Mikael Arutyunyan və Ermənistanın KTMT-dəki keçmiş baş katibi Yuri Xaçaturov da mühakimə olunacaq.
Musavat.com






