İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobanidə müharibənin səsi kəsildi, izləri danışdı...

1328 29.01.2015 17:20 Dünya A A
Suriyanın Kobanı rayonunda silah səsləri kəsilsə də silah izləri hələ də qalır. 

Musavat.com-un məlumatına görə, İŞİD-lə kürdlər arasında baş verən atışmalar yerini səssizliyə tərk etsə də müharibənin izləri rayonun hər yerində görünür. Təxminən dörd ay davam edən müharibədən sonra rayona səssizlik hakim olub. Lakin izləri hər addım başı görmək mümkündür. 



Binaların demək olar ki, hamısında güllə yerləri var, uçurdulmuş evlərin xarabalığı, metal tayasına dönmüş avtomobillər, küçələrə səpələnmiş mərmilər, binanın qırılıb səpələnmiş şüşələri müharibənin qoyduğu izlərdir. Kobanidə hələ də elektrik enerjisi bərpa olunmayıb. 



Orada yaşayanlar isə müharibə səsinin bitməsindən məmnun olduqlarını bildirirlər. Rayonda yaşamağın çətin olduğunu, hər çətinliyə rəğmən burada yaşamağa davam etdiklərini bildirən sakinlər onlara dəstək verən hər kəsə minnətdarlıq ediblər. 


Gülnar




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR