İnsanlara hürriyət, millətlərə istiqlal!

Klublarımızın uğuru Türkiyə saytlarında: "Azərbaycan futbolu dastan yazdı"

4451 28.08.2015 02:45 İdman A A



Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə Türkiyə saytlarında da yer ayrılıb. Musavat.com xəbər verir ki, məşhur "Fanatik" idman saytı bunu "Azərbaycan futbolu dastan yazdı" başlığı ilə təqdim edib. 

Sayt yazır ki, Azərbaycan klublarının zəfəri Türkiyənin də işinə yarayıb. Belə ki, UEFA-nın reytinq sıralamasında Yunanıstan və İsveçrə Türkiyəni izləyirdi. 2 yunan və 2 İsveçrə klubunun mübarizədən kənarlaşması ilsə Türkiyə üçün ölkə xalı təhlükəsini aradan qaldırmış olub. "Azərbaycan klubları "Yanq Boyz" və "Panatinaikos"u mübarizədən kənarlaşdırmaqla Türkiyəyə jest etmiş oldular", - sayt yazıb. 

"NTV Spor" telekanalının saytında da "Azərbaycandan tarixi uğur" başlıqlı xəbər yerləşdirilib. 

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR