İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliniki Tibbi Mərkəzə 9 ilansancma, 11 dərmandan zəhərlənmə ilə bağlı müraciət olub

334 18.06.2019 19:58 Hadisə A A

İyun ayının əvvəlindən bu günə kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 9 nəfər ilan sancması ilə bağlı müraciət edib.

Bu barədə “Report”a həmin şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

İyunda şöbəyə daha 3 nəfər əqrəb sancması diaqnozu ilə müraciət edib.

Şöbə müdiri bildirib ki, həmin şəxslərdən 3-nün vəziyyəti ağır olub: “Hazırda xəstəxanada bir nəfər müalicə alır. Vəziyyəti normaldır”.

Baş toksikoloq bu müddət ərzində dərmandan zəhərlənənlərin sayının 11 nəfər olduğunu qeyd edib: “Onlardan ikisi azyaşlı olub. Yardım edildikdən sonra hamısı evə buraxılıb".

“Sirkə turşusundan isə 3 nəfər zəhərlənib ki, onlara da ilk yardım edilib”, - Azər Maqsudov deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR