İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliniki Tibbi Mərkəz MÜHÜM MƏLUMAT YAYDI – Bu həftədən etibarən...

1972 06.04.2025 16:10 Səhiyyə A A

Mətbuatda Kliniki Tibbi Mərkəzdə bir sıra əməliyyatların icrasının dayandırılması ilə bağlı məlumat yayılıb.

Musavat.com olaraq detalları öyrənmək üçün Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədlə əlaqə saxladıq.

RUZBEH.jpg (90 KB)

Sözçü bildirdi ki, Kliniki Tibbi Mərkəzdə avtoklav sterilizasiya aparatında yaranmış texniki nasazlığa görə bir sıra travmatoloji əməliyyatların icrasında müvəqqəti fasilə müşahidə olunur:

“Texniki nasazlıq bir neçə gündür yaranıb. Sözügedən avtoklav aparatının təmiri prosesinə artıq başlanılıb, növbəti həftədən etibarən tam funksional vəziyyətə gətiriləcək və əməliyyatların icrasına başlanılacaq”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR