İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçko xalqın tərəfinə keçən milislərə təhlükəsizlik təminatı verdi

2241 20.01.2014 23:33 Son xəbər A A
Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko güc strukturlarının əməkdaşlarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciəti partiyanın mətbuat xidməti yayıb. Vitali Kliçko güc strukturlarının vətənpərvər əməkdaşlarını hakimiyyətin başlatdığı zorakılıq və repressiyaların genişlənməsinə imkan verməməyə çağırıb: “Bu barədə düşünün, qorxmayın və xalqla birlikdə olun. Axı, siz və ailələriniz Ukrayna cəmiyyətində yaşayır. Siz də hakimiyyətin döyüşə atdığı insanlarlar kimi vətəndaşsınız”.

Vitali Kliçko hesab edir ki, hakimiyyətin ölkəni sürüklədiyi qan tökülməsindən xilasına DİN zabitləri və döyüşçüləri yarıdm edə bilərlər. O, xüsuis təyinatlıları və milis əməkdaşlarını cinayətkar əmrləri yerinə yteirməkdən imtinaya çağırıb.

“Kimlər etiraza çıxan insanlara qarşı zorakılıqdan imtina etsələr və xalqın yanında olsalar, təqiblərə məruz qalmayacaqlar. Onlara və ailələrinə təhlükəsizlik təminatı veriləcək”, - müraciətdə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR