Əlbəttə, Avropa İttifaqından çıxış yalnız mənim demokratik legitimliyim olduğu təqdirdə, məsələn, seçkilərdə 50 faizdən çox səsə sahib olmaqla qələbə qazandığım və ya milli təhlükəsizliyə görə bunu etməyə məcbur olduğum halda baş tuta bilər.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliya parlamentinin aşağı palatasının büdcə üzrə komissiyasının sədri, “Şimal liqası” partiyası sədrinin iqtisadi məsələlər üzrə müşaviri Klaudio Borgi Almaniyanın “Capital” jurnalına müsahibəsində söyləyib.
O, bildirib ki, Avrozonadan çıxmaq İtaliya üçün faydalı olacaq.






