İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin giriş qapısı - ən ağır döyüşlərin getdiyi Qorenka kəndindən reportaj - VİDEO

1504 21.04.2022 12:50 Gündəm A A

Kiyevin şimal-qərb istiqamətindən giriş qapısı - Qorenka kəndi Ukraynada aparılan hərbi əməliyyatlar zamanı ən ağır döyüşlərin getdiyi məkanlardan biridir. Kənd Ukraynanın paytaxtına daxil olmaq üçün ən strateji məkanlardan sayılır. BMT-nin statistikasına görə, Buça rayonunun Qorenka kəndində yaşayış evlərinin 80 faizi döyüşlər zamanı məhv edilib.

XVI əsrdə salınan Qorenko kəndi tarixin müxtəlif zamanlarında Kiyevin qorunması üçün strateji yer olub. Həmçinin II dünya müharibəsində Kiyevin müdafiəsi üçün bu kənddə güclü istehkamlar qurulmuşdu.

Bu baxımdan Qorenka kəndi uğrunda ağır döyüşlərin gedəcəyi gözlənilən idi. Hazırda kənd Ukrayna silahlı qüvvələrinin nəzarətindədir, lakin kənd ərazisində mina təhlükəsi olduqca böyükdür. Ona görə də Kiyev vilayət administrasiyası əhaliyə hələ ki, kəndə köçməməyi tövsiyə edib.

AZƏRTAC Qorenka kəndindən məxsusi reportajı təqdim edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR