İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən canlı bağlantı: Paytaxtda partlayış səsləri eşidildi – Fəhmin Hacıyev “Canlı debat”da

896 15.04.2022 11:41 Gündəm A A

Kiyev vilayətinin Vasilkov icmasında partlayış səsləri eşidilib. Rusiya qoşunları bundan əlavə Xarkov vilayətində yaşayış məhəllələrini atəşə tutublar.

"Kiyev vilayətində Vasilkov icmasında partlayış səsləri eşidilib, ilkin məlumatlara görə, hava hücumundan müdafiə vasitələri işə düşüb. İşğalçılar gün ərzində Zoloçiv və Derhaçini atəşə tutublar, itkilər var. İzyum istiqamətində döyüşlər gedir. Luqansk vilayətində son 24 saat ərzində 24 atəş qeydə alınıb. Donetsk vilayətində bütün cəbhə xəttində döyüşlər davam edir. Mariupol dəyişməzdir: martın 1-dən davam edən blokadaya baxmayaraq, ordumuz düşmənə müqavimət göstərir. Xerson vilayətində partlayış və mərmi səsləri eşidilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Regionda bir çox yaşayış məntəqələrində - humanitar böhran, rusların talanları davam edir", - deyə yerli KİV məlumat yayıb.

Bu və gündəmdəki digər Rusiya-Ukrayna müharibəsindəki detalları saat 11.45-də Daxili Qoşunların keçmiş komandanı, hazırda Kiyevdə olan Fəhmin Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR