"Məsələ Azərbaycanın Ukraynadakı səfirliyinin nəzarəti altındadır".
Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev bildirib.
S. Allahverdiyev baş verən hadisə ilə bağlı Ukrayna polisinin cinayət işi açdığını qeyd edib: "Səfirlik əməkdaşları tərəfindən xəsarət alan soydaşlarımız ziyarət olunub, vəziyyətləri yaxşıdır, həyatlarına təhlükə yoxdur".






