İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Rus Pravoslav Kilsəsinin Milad bayramı üçün atəşkəs çağırışını "tələ" adlandırdı

637 05.01.2023 18:53 Dünya A A


Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Kirill bu ilin yanvar ayının 6-sı və 7-də atəşkəs elan olunmasını istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu pravoslavların Milad bayramını keçirməsi ilə əlaqələndirib.

Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak patriarxın sözlərinə sərt reaksiya verib. Onun sözlərinə görə, patriarx Kirill bütün pravoslavların adından danışa bilməz. RPK isə daha çox “Ukrayna xalqının soyqırımının və “müharibənin təbliğatçısı” kimi çıxış edir.

Ukrayna tərəfini qəzəbləndirən xüsusi patriarx Kirillin öz müraciətində “daxili savaş” ifadəsini işlətməsi olub. Ukrayna bunu Kirillin “Ukrayna dövlətini və dövlətçiliyini, onun xalqını tanımamaq” kimi qiymətləndirir.

Bundan başqa ötən ilin aprelində Roma papası Pasxa bayramında eyni təkliflə tərəflərə müraciət ünvanlamışdı. Lakin həmin vaxt savaşda üstün durumda görünən Rusiya rəsmən “Ukraynanın həmin fasilədən Qərbdən silah tədarükünü artırmaq və qüvvələrini yenidən toplamaq üçün istifadə edəcəyini” bildirərək Papanın təklifini rədd etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR