KİVDF QALİB JURNALİSTLƏRİ ELAN ETDİ
Birinci məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb.
Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub. Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib.
Digər 9 istiqamət üzrə isə yazı təqdim edilməyb və bu yerlər boş qalıb. V. Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif verib.
Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 30 bal müəyyən edilib.
Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil olunması barədə qərar qəbul ediblər.
Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib hesab edilib. Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul və fondun diplomu təqdim olunacaq. Qaliblərin diplomları fondun bu ilin 29 dekabr tarixində “Gülüstan” sarayında keçirəcəyi tədbirdə təqdim ediləcək.
Müşahidə Şurası üzvlərinin növbəti müzakirə mövzusu KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması olub. Müşahidə Şurasının keçən iclasında KİV-lərin maddi texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib.
Nəzərinizə çatdırırıq ki, qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.
Xatırladaq ki, qaliblər arasında “Yeni Müsavat” qəzetinin şöbə müdiri Fərhad Məmmədov da var. Əməkdaşımız müsabiqənin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” qolu üzrə “Qarabağda talan var” başlıqlı məqaləsi ilə ən yüksək balla qalib olub.