İnsanlara hürriyət, millətlərə istiqlal!

KİVDF-nin jurnalistlər üçün yazı müsabiqəsində yeniliklər

810 23.06.2020 16:52 Media A A

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuatın 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Musavat.com  xəbər verir ki, müsabiqə Azərbaycan dilində 13 nominasiya üzrə keçiriləcək.

Bu nominasiyalardan biri üzrə isə ilk dəfə olaraq rus və ingilis dillərində də yazılar təqdim etmək mümkün olacaq.

Budəfəki müsabiqədə daha bir yenilik isə odur ki, dövri mətbu nəşrlər və informasiya agentlikləri ilə yanaşı teleradio proqramlarında, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında çalışan əməkdaşlar da yazı təqdim edə biləcəklər.

Qeyd edək ki, 13 mövzunun hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Birinci yer 1000, ikinci yer 700, üçüncü yer 500 məbləğində mükafatlandırılacaq.

Müsabiqənin şərtləri ilə ətraflı bu linkdə tanış olmaq olar: http://kivdf.gov.az/news/events/494.html

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR