İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Tramp Vaşinqtondakı iğtişaşlarda günahının olduğunu qismən etiraf edib

309 12.01.2021 14:48 Dünya A A

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Respublikaçıların Nümayəndələr Palatasındakı lideri Kevin Makkarti ilə söhbətində bildirib ki, keçən həftə Vaşinqtonda baş verən iğtişaşlarda onun da “bəzi günahları” var.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən bildirib.

Telekanal iki mənbəyə istinadən məlumat yayıb ki, Makkarti bazar ertəsi gün Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı üzvləri arasında telefonla danışan zaman Trampın belə bir fikirlər səsləndirməsindən danışıb. Makkarti özü də telefon danışığı zamanı “iğtişaşlarda Trampın məsuliyyət daşıması” ilə razılaşdığını deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR