İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: "Real" Mbappeni 275 milyon avroya alacaq

462 19.09.2019 03:05 İdman A A

İspaniyanın "Real Madrid" futbol klubu PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Chiringuito TV" telekanalı məlumat yayıb.

Telekanalın "Tvitter"də yaydığı məlumata görə, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır. Söhbət həmçinin 50 milyon avro bonusdan gedir.

Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro milyon təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də tarixdə ən böyük transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddir. Klub 2017-ci ildə "Barselona"dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR