İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: "NATO aviasiyasına Rusiya təyyarələrinə hücum etmək icazəsi verilib"

2975 11.10.2015 11:13 Dünya A A

NATO ölkələri pilotlarına, həmçinin Britaniya hərbi təyyarəçilərinə İraqın hava məkanında "həyatları üçün təhlükə yaranarsa", Rusiya hərbi təyyarələrinə hücum etmək hüququ verilib.

"Report" xəbər verir ki, bu iddia ilə Londonun "Daily Star Sunday" qəzeti Birləşmiş Krallığın müdafiə idarəsindəki mənbələrinə istinadən çıxış edib.

"Britaniya Hərbi Hava Qüvvələri pilotlarına bununla yanaşı nəyin bahasına olursa olsun Rusiya təyyarələri ilə təmasdan qaçmaq tapşırığı verilib", - deyə nəşr qeyd edib.

Məqalədə yazıldığına görə, bu addım Britaniya nazirlərinin "Yaxın Şərqdə vəziyyətin Rusiyanın hərəkətləri səbəbindən daha da təhlükəli" olması ilə bağlı xəbərdarlığından sonra atılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR