İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV-in İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU YENİ MÜSABİQƏ ELAN ETDİ

2745 30.09.2010 09:11 Media A A

Onları xarici dillərdə operativ məlumatlarla təmin etmək üçün xüsusi informasiya mərkəzinin formalaşdırılmasına ehtiyac var. Bu mərkəz xarici jurnalistləri informasiya ilə təmin etmək, onlar üçün mətbuat konfransları keçirmək, müxtəlif dillərdə press-relizlər tərtib etmək, seçkinin gedişi ilə bağlı operativ məlumatlar hazırlayaraq xarici KİV-ə çatdırmaq və s. istiqamətlərdə fəaliyyət göstərməlidir”.
Müsabiqəyə layihə təqdim edə bilərlər:

  • son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər;
  • müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri və elektron informasiya vasitələri;
  • dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-in inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları;
  • fərdi jurnalistlər və mətbuatla bağlı digər fiziki şəxslər.

Bu KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

  • Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
  • barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;
  • əsasən reklam və erotik xarakterli materiallar dərc edən;
  • xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;
  • təsisçisi dini qurumlar və dini icmalar olan;
  • təsisçisi siyasi partiyalar və ya siyasi partiyaların funksionerləri olan;
  • təsisçisi dövlət orqanları olan;
  • xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan.

KİV-in və jurnalist təşkilatlarının layihələrinə qiymət verilərkən bu meyarlar əsas götürülür:

  • layihənin məqsədinin aydınlığı və konkretliyi;
  • layihənin fəaliyyət planının inandırıcı olması;
  • layihənin büdcəsinin reallığı;
  • ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;
  • layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi və ya jurnalist təşkilatında xarici dilləri mükəmməl bilən, həmin dillərdə məlumat və analitik material hazırlamağı bacaran əməkdaşların olması;
  • layihə təqdim etmiş fiziki şəxsin azı bir xarici dili mükəmməl bilməsi;
  • layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi, jurnalist təşkilatı və ya fiziki şəxsin xarici KİV-lə iş təcrübəsinə malik olması;
  • layihə təqdim etmiş qəzet, informasiya agentliyi, jurnalist təşkilatı və ya fiziki şəxsin Bakıda normal iş şəraitinə malik ofisinin olması.

Layihənin icra müddəti oktyabrın 11-dən noyabrın 10-na qədərdir. Layihə üçün maksimum məbləğ 15.000 manat müəyyən edilib. Ərizələr sentyabrın 29-dan oktyabrın 9-dək fondun ofisində qəbul olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR