İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Ər-Riyad Qaşıqçı işi üzrə dindirilmək üçün Ankaradan güc strukturları əməkdaşlarının verilməsini istəyəcək

633 10.11.2018 20:27 Dünya A A

Səudiyyə Ərəbistanı Türkiyədən jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərlə əlaqəli ola bilən təhlükəsizlik qüvvələrinin əməkdaşlarının verilməsini tələb etmək niyyətindədir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın məhkəmə sistemindəki mənbələr Erem News xəbər portalına bildirib.

Məlumata görə, rəsmi Ər-Riyad qətldə təqsirləndirilərək saxlanılan şəxslərin dindirilməsi zamanı adları çəkilən yüksək vəzifəli güc strukturları əməkdaşlarının siyahısını Türkiyəyə təqdim etmək üçün hazırlayır.

Rəsmi Ər-Riyad və Ankara bu məlumatı hələlik şərh etmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR