Rusiyanın qorxunc cinayətlərindən sonra Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
“Püşk atıldı. Rusiyanın Ukraynadakı davranışlarından sonra Ukraynaya bu və ya digər şəkildə NATO üzvü kimi yanaşmağa dəyər”, - 99 yaşlı diplomat bildirib.
Xatırladaq ki, bu ilin mayında Kissincer Ukraynanı Rusiyaya ərazi güzəştlərinə getməyə çağırıb. Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş dövlət katibinə sərt cavab verib.






