Moldovanın paytaxtı Kişinyov şəhərində Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi təxribata etiraz olaraq Moldovada yaşayan soydaşlarımız paytaxt Kişinyovda aksiya və yürüş keçiriblər. Azərbaycan bayraqlarını şəhərin küçə və prospektlərində dalğalandıran həmvətənlərimiz əvvəlcə Moldovadakı səfirliyimizin önündə toplaşıb.
Daha sonra aksiya Ermənistan səfirliyinin qarşısında davam etdirilib. Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə eşitdirən aksiya iştirakçıları işğalçı Ermənistanı terror əməllərini dayandırmağa və torpaqlamızı azad etməyə çağırıb.
Təxribat törətməyə adət edən ermənilər bu dəfə də Azərbaycan bayrağını təhqir etməyə cəhd göstərsə də, soydaşlarımız buna imkan verməyib:
Soydaşlarımızın üz tutduğu növbəti ünvanlar ATƏT-in və BMT-nin ofisləri olub. Aksiya fəalları hər iki beynəlxalq təşkilat önündə Ermənistanın işğala son qoymasını əks etdirən qətnamələrə əməl edilməsini tələb ediblər.
Aksiya haqda Azırbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ReAl Tv-yə danışıb.
Musavat.com həmin müsahibəni təqdim edir:






