"Maşın" şounun dördüncü günü də qalmaqallı keçib.
Musavat.com xəbər verir ki, səsverməyə Niyam Salami çıxıb. O, hədəfinin Nazim Pişyari ilə meyxanaçı Aqşin Fateh olduğunu deyib. İfaçı daha sonra hədəfinin Nazim olduğunu açıqlayıb.
Meyxanaçı Aqşin Fateh isə ona Nazim ilə Niyamın oyun qurduğunu deyib. Bu zaman Nazim əlini çəkərək oyundan gedib.
Səsvermə nəticəsində layihədə qalan Niyam gözlənilməz addım atıb. O Aqşin Fatehi oyundan uzaqlaşdırıb.
Artıq "Maskarad" adlı yarışda 12 iştirakçı maşın uğrunda mübarizə aparacaq. Onlar aşağıda adları qeyd olunanlardır:
Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ayan Babakişiyeva, Aysun İsmayılova, Niyam Salami, Ramal İsrafilov, Aşıq Namiq Fərhadoğlu, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov
Könül,
Musavat.com






