Kiprdə ekstremizmdə şübhəli bilinən Türkiyə və Əlcəzair vətəndaşları tutulub
Kipr hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları altı nəfəri saxlayıblar. Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.
Məlumata görə, saxlanılanlardan beşi Türkiyə, biri Əlcəzair vətəndaşıdır.
Dransızca danışan kişilərdən biri şənbə günü axşam Bazeldən gəlib. O, pasport yoxlaması zamanı bildirib ki, məzuniyyətinin bir neçə gününü Kiprdə keçirmək niyyətindədir.
İnterpoldan verilən məlumarta görə, saxlanılan iki Türkiyə vətəndaşı və əlcəzairli ekstremizt qruplarla sıx əlaqədədir.
Kipr hökuməti saxlanılanları noyabrın 24-də İsveçrəyə yollayacaq.
Musavat.com






