İnsanlara hürriyət, millətlərə istiqlal!

Kinoittifaqdan Fransa səfirliyinə və Kan Kino Festivalının rəhbərliyinə etiraz məktubu

1264 01.07.2020 15:45 Ölkə A A

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qrossa və Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Bu barədə Musavat.com-a açıqlama verən Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, 2020-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edir və bütövlükdə bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir:

“Bu üzdəniraq filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər. Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kan Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmunda göndərmişik. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik”,-deyə Əli Vəliyev bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR