İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kimsə istəyəcək ki, Laçın yolunda post olmasın, biz buna yol verə bilmərik” - Deputat

747 01.03.2023 16:55 Gündəm A A

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda səfərdə olarkən Laçın dəhlizi ilə bağlı açıqlamalar verib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də Münxendə Ermənistan-Azərbaycan sərhədində, o cümlədən Laçın rayonunda Ermənistanla sərhəddə ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklifinə münasibət bildirib. Lavrov deyib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

“Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır” - deyə Rusiyanın XİN rəhbəri vurğulayıb.

Göründüyü kimi, Rusiyalı nazir Laçın yolunda ölkəmizin sərhəd və gömrük postlarının yaradılmasına qarşıdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Lavrovun mövqeyindən asılı olmayaraq, Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmalıdır:

“Kimsə istəyəcək ki, orada nəzarət-buraxılış məntəqəsi olmasın, lakin biz buna yol verə bilmərik. Bu istiqamətdə Azərbaycan tərəfi öz iradəsini ortaya qoyacaq. Mütləq orada bizim nəzarət-buraxılış məntəqələrimiz olmalıdır. Diplomatıyanın dilində fərqli ifadələr səslənə bilər. Əsas olaraq sənəd götürülür. Biz sənəddə nəzərdə tutlan məsələlərin sona qədər gerçəkləşməsinə çalışacıyıq. Çünki bizim bütöv şəkildə suveren ərazimizdə baş verən prosseslərdən söhbət gedir. Biz də, öz suverenliyimizi kiməsə transfer etməmişik. Hər hansı bir şəkildə Azərbaycanın iradəsi əsas götürüləcək. İndiki mərhələdə hər hansı bir danışıqlarda səslənən ifadələr xoşumuza gələ, yaxud gəlməyə bilər. Bu, o qədər də, böyük əhəmiyyət daşımır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanı daha çox maraqlandıran öz iradəsilə gerçəkləşdirəcəyi prosesdir:

“Biz, mütləq orada postlarımızı quracağıq, çünki indiyə qədərki proses onu göstərdi ki, Rusiya sülhmərahlıları məhz Ermənistandan gələn qüvvələrin bura axın etməsinə şərait yaradıblar və bu bizim üçün qəbuledilməz davranışdır. Biz bunları diplomatik vasitələrlə gerçəkləşdirməyi düşünürük, çünki bölgədə hər hansı bir münaqişə çıxması bizim xeyrimizə deyil”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR