İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim sizin şəxsi məlumatlarınıza sizdən xəbərsiz nəzər salır?

906 02.08.2023 12:46 Gündəm A A

İstənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb.

Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun bir siyahılarını görə biləcəksiniz.

Hərdən mən özüm təəccüblənirəm ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar.

Hansı ki, vətəndaşın razılığı olmadan bu qanunsuzdur.

Proses adətən belə baş verir.

Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər.

Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar.
Bunlar hamısı yolverilməzdir.

Uzun müddətdir ki, proses bu qaydada davam edir.

İndi isə bunun qarşısını almaq üçün bildiyim qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb.

Qurum bir neçə hökumət portalını özündə birləşdirən "Super Portal" və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır.

Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb.

Artıq vətəndaşın razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək.

Yeri gəlmişkən, "Super Portal"da və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsaı sənəd" statusuna malik olacaq.

Xatırladıram ki, bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb.

RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də hazırlayıb və hökumətə təqdim edib.
Hələlik bu yeni layihədən xəbər yoxdur.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR