İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kim olduğumu sizə göstərəcəm” – Hiss ona qoyulan qadağadan danışdı

1532 30.08.2021 17:26 Şou-biznes A A

“Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir. Bütün şəhər mahnımı dinləyir, amma nədənsə MTV bunu görmür. Artıq iki aydan çoxdur ki, heç bir klipimi yayımlamırsız. Amma ondan əvvəl TOP-lardan düşmürdüm. Nə baş verdiyini çox gözəl bilirəm. Hansı Xalq artistlərinin gözünün götürmədiyini də... “

Musavat.com xəbər verir ki, bu sözləri son aylar populyarlıq qazanan müğənni Hiss (Röya Məmmədova) deyib. İfaçı ona qoyulan qadağalardan bəhs edib:
“Sizin telekanalda mahnımın olub-olmamağının mənim üçün fərqi yoxdur. Mahnımı dinləmək istəyən axtarışa verir və qulaq asır. Bəzi artistlər kimi güclə camaatın beyninə soxmuram. Yeni nəsili qəbul etməyi bacarın! 1, 2 ildən sonra bütün beynəlxalq musiqi kanallarında mahnılarım səslənəndə bu paylaşımımı yenidən yayımlayacam. Az qalıb, kim olduğumu sizə göstərəcəm”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR