İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen Inın müavini Bakıya yola düşüb

657 22.10.2019 16:00 Siyasət A A

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

“Report” bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Indır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR