İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In yeni silahı ilə gündəmdə: Kəşfiyyat xidmətləri məlumat yaydı

1493 11.04.2021 16:42 Dünya A A

Cənubi Koreya və ABŞ kəşfiyyatı Şimali Koreyanın 3 min tonluq balistik raketli sualtı qayığının montaj işlərini tamamladığı ilə bağlı iddialar səsləndirib.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, ölkə lideri Kim Çen Inın əhəmiyyət verdiyi hərbi layihə ilə bağlı yeni xəbərlər ortaya çıxarılıb.

ABŞ və Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın balistik raket daşıyacaq 3 min tonluq sualtı qayığında montaj işlərinin başa çatdırıldığından şübhələnir. Kəşfiyyatın məlumatına görə, Pxenyan sualtı qayığın dənizə buraxılması üçün münasib zaman gözləyir.

Cənubi Koreya mediasına danışan rəsmilər Şimali Koreyanın 2019-cu ilin avqustunda ortaya çıxardıqları 3 min tonluq sualtı qayığının tikintisinin çoxdan bitdiyini qeyd ediblər. Rəsmilər Şimali Koreyanın ABŞ-a təzyiqlərini ən üst səviyyəyə çıxarması daxil olmaqla sualtı qayığın strateji təsir yaratmaq üçün doğru zamanda ortaya çıxarılacağını ehtimal edirlər.

Bundan başqa, "Yonhap” agentliyi yazır ki, yeni sualtı qayığın nümayişi zamanı KXDR ballistik raket sınağı da həyata keçirə bilər.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR