İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilian Mbappe “Real Madrid”də nə qədər qazanacaq?

985 04.06.2024 10:53 Dünya A A

“Sky Sports” telekanalı hücumçu Kilian Mbappenin “Real Madrid”ə transferinin maliyyə detallarını paylaşıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Mbappe “Real Madrid” ilə 5 illik müqavilə imzalayıb və onun şərtlərinə görə ildə 15 milyon avro qazanacaq. Bununla da o, Madrid klubunda ən çox maaş alan futbolçu olacaq. Fransız futbolçu 100 milyon avroluq imza bonusu da alacaq.

Onu da əlavə edək ki, Transfermarkt.de saytı Mbappeni 180 milyon avro dəyərində qiymətləndirir.

25 yaşlı Mbappe 2017/18 mövsümündən Paris klubunda çıxış edir, o vaxtdan komandanın tarixinin bombardiri olub. Onun bütün yarışlarda 306 matçda 255 qolu var.

Kilian “Paris Saint-Germain”də yeddi mövsüm keçirib və bu müddət ərzində altı Fransa liqası və üç ölkə kuboku da daxil olmaqla 14 kubok qazanıb.

Mayın əvvəlində Kilian Mbappe mövsümün sonunda Paris Saint-Germain-dən ayrılacağını rəsmən açıqlamışdı. Yeri gəlmişkən, Mbappenin açıqlamasından bir neçə gün sonra onunla klub prezidenti Nasser Al-Xelaifi arasında əlbəyaxa dava düşüb. Münaqişənin səbəbi məlum olub.

Bir gün əvvəl Mbappenin “Real Madrid” ilə 5 illik müqavilə imzaladığı və Avro 2024-dən sonra rəsmi olaraq kral klubunun oyunçusu kimi təqdim ediləcəyi məlum olub. Mbappe "Real Madrid"ə keçidi ilə bağlı Fransa prezidenti Makronu məlumatlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR