İnsanlara hürriyət, millətlərə istiqlal!

Kıbrısda ən böyük məscidin açılışı oldu: Erdoğanın müavini görün nə dedi - FOTO, VİDEO

1095 12.01.2024 02:59 Dünya A A

Kıbrıs Türk Dövlətinin ən böyük məscidi açılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın "TACC" agentliyi məlumat yayıb. Həmçinin Türkiyənin "Anadolu Agentliyi"ndə də bu xəbər geniş işıqlandırılıb.

Məlumatda qeyd olunur ki, Kıbrısda iş adamı və xeyriyyəçi Suat Günselin adını daşıyan ən böyük məscid 10 illik tikintidən sonra KKTC-də açılıb. Məsciddə eyni vaxtda 10 min nəfər namaz qıla bilər.

Məsciddə 62 günbəz var və 6 minarə ucalır. Altı minarədən dördünün hündürlüyü 76 metr, digər ikisinin hündürlüyü 56 metr, ən böyük günbəzinin hündürlüyü demək olar ki, 37 metrə çatır.

Bu məscid təkcə Kıbrıs Türk Dövlətində deyil, bütün Şərqi Aralıq dənizi regionunda ən böyük məsciddir.

Musavat.com xəbər verir ki, məscidin açılışında Türkiyənin vitse - prezidenti Cevdet Yılmaz da iştirak edib. O, çıxışında deyib: "Məscidlərimiz sadəcə ibadətlərimizin deyil, eynı zamanda tariximizin, ədəbiyyatımızın, örf və adərlərimizin, kültürümüzün iç-içə keçdiyi mərkəzlərdir". 

Bu il Kıbrıs Sülh Hərəkatının 50-ci ildönümünü qeyd edəcəyini xatırladan Cevdet Yılmaz həyatlarını fəda edərək Kıbrıs Türk Dövlətin qurulmasının yolunu açan hər kəsi rəhmət və minnətdarlıqla andığını dilə gətirib.

Musavat.com açılış törənindən video və fotoları təqdim edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR