İnsanlara hürriyət, millətlərə istiqlal!

Kerri Rusiya ilə Suriya məsələsində fikir ayrılıqlarını həll etməyə "çalışacaq"

803 15.12.2015 12:45 Dünya A A
ABŞ dövlət katibi Con Kerri Rusiya ilə Suriyanın vətəndaş müharibəsi ilə bağlı siyasi proseslərdə olan "boşluqları aradan qaldırmaq" üçün Moskvada səfərdədir.

O, prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
ABŞ və Rusiya uzun müddətdir Suriya prezidenti Bəşər Əsədin prosesdə hansı rolu oynayacağı ilə bağlı razılığa gələ bilməyib.

ABŞ Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir, amma Rusiya deyir ki, yalnız Suriya xalqı öz taleyini özü həll edə bilər.

Danışıqlardan əvvəl, Rusiya xarici işlər naziri ABŞ siyasəti ilə bağlı çıxış edib və Vaşinqtonu "terrorçuları yaxşı və pisə bölməkdə" günahlandırıb.

Rusiya Suriyada hava kampaniyası həyata keçirir və bildirir ki, o, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı hədəfləyib.

Amma ABŞ Rusiyanı prezident Əsəd hakimiyyətini möhkəmləndirmək üçün kiçik üsyançıları bombalamaqda ittiham edir. Moskva isə bu ittihamları rədd edir.
Ötən ilin sentyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İD mövqelərinə qarşı hava kampaniyasına başlayıb.

Rusiya, həmçinin sülh danışıqlarının keçirilməsi üçün birləşməyə razı olan, lakin prezident Əsədin keçid dövründə rol oynaya bilməyəcəyini bildirən Suriyanın müxalifət qruplarının görüşünün nəticəsini rədd edib.

Suriya hökuməti və müxalifət arasında danışıqlar gələn ilin yanvar ayı üçün nəzərdə tutulub.

Cənab Kerrinin bu səfəri şərqi Ukraynada sabitliyin bərqərar olması üçün səylərin davam etdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün də istifadə edəcəyi gözlənilir (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR